9 minə yaxın insan əfv olunacaq

9 minə yaxın insan əfv olunacaq
  07 May 2013    Oxunub:1015
“Neçə-neçə ailə öz gözlədiyi yaxınlarına qovuşacaq”.
“Amnistiya Aktı ilə bağlı məsələ Milli Məclisə təqdim olunub”. Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova deyib. Milli Məclisin xanım üzvü bildirib ki, bu gün Milli Məclisdə millət vəkilləri həmin məsələyə öz münasibətini bildirəcəklər.

“Sözsüz ki, hamımız bu gözəl günü gözləyirik. Əfv fərmanının 9 minə yaxın insana şamil olunması gözlənilir. Bu ulu öndərimizin 90 illik yubileyi ərəfəsində çox gözəl, xeyirxah və insanpərvər bir addımdır. Neçə-neçə ailə öz gözlədiyi yaxınlarına qovuşacaq”-deyə millət vəkili vurğulayıb.

Anar



Teqlər:  





Xəbər lenti