Ucarda sex yanıb

Ucarda sex yanıb
  26 Noyabr 2014    Oxunub:1588
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ucar rayonu, Alpout kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 162 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində yerləşən sexin yanar konstruksiyaları 24 kv.m sahədə və 1 ədəd dəzgah, 2-ci mərtəbədə 2 otağın yanar konstruksiyaları 81 kv.m sahədə və dam örtüyü 100 kv.m sahədə yanıb.

Evin 1-ci mərtəbəsindəki otaqlar və bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən saat 09:56-da söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti