Azərbaycanda quş qripi təhlükəsi varmı?

Azərbaycanda quş qripi təhlükəsi varmı?
  26 Noyabr 2014    Oxunub:2063
“Hazırda ilin 5-ci monitorinqi aparılır. Bundan əvvəl aparılan 4 monitorinqdə 5 mindən quşdan qan və patoloji material götürülüb”.
Bunu AzVision.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, bu nümunələrin heç birində “quş qripi” əlamətinə təsadüf olunmayıb.

“Dövlət Baytarlıq Nəzarəti Xidməti quş qripinə görə vəziyyətin sabitliyinə tam nəzarəti həyata keçirir. Monitorinqi bizimlə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi aparır. Bu monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı ərazilərdə həyata keçirilir. Həmçinin əvvəlki monitorinqdə ayrı-ayrı quşçuluq təsərrüfatlarında ev quşlarından qan və pataloji nümunələr götürülüb. Noyabrın 17-dən başlayan monitorinq ayın 28-də başa çatacaq. Monitorinq zamanı xəstə və xəstəhal olan quşlara təsadüf olunmayıb. Son monitorinq başa çatandan sonra biz qəti fikir söyləyəcəyik”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti