Elmar Məmmədyarov prezidentlə görüşüb

Elmar Məmmədyarov prezidentlə görüşüb
  07 May 2013    Oxunub:1232
Xarici işlər naziri Elmar Məmmədyarov Şri Lankaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Mahinda Racapaksa ilə görüşüb.

Görüş zamanı Şri Lanka prezidenti Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq, iki ölkə arasında yüksək səviyyəli siyasi münasibətlərdən məmnunluq bildirib. İki ölkə arasında iqtisadi, enerji, turizm, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial olduğunu və bu səfərin münasibətlərin inkişafına təkan verəcəyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov səmimi qəbula görə təşəkkür etmiş və Azərbaycan dövlət başçısının salamlarını Şri Lankanın prezidentinə çatdırıb. İki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində gələcəkdə daha da genişləndiriləcəyinə əminlik bildirib. Nazir ikitərəfli hüquq-müqavilə bazasının möhkəmləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. Şri Lankanın müharibədən sonrakı dinamik inkişafını təqdir etdiyini bildirərək, Ermənistan-Azərbaycan münaqişəsinə diqqət çəkmiş, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə aparıldığını qeyd edib.

Şri Lanka prezidenti Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi olduğunu, xüsusən də enerji sahəsində geniş təcrübəsini nəzərə alaraq, bu istiqamətdə, həmçinin, turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin arzu edildiyini bildirib.

Xarici işlər naziri Elmar Məmmədyarov həmkarı ilə görüşə istinadən iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumun təşkili barədə razılıq əldə edildiyini qarşı tərəfin diqqətinə çatdırmışdır.

Görüşün sonunda Şri Lankanın prezidenti Azərbaycan Prezidentinə səmimi salamlarını çatdırmağı xahiş etmiş və Azərbaycanın dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət etdiyini bildirmişdir.


Teqlər:  





Xəbər lenti