Emin: “Leyla ilə bunu biləndə...” - FOTOLAR

Emin: “Leyla ilə bunu biləndə...” - FOTOLAR
  26 Noyabr 2014    Oxunub:5395
Azərbaycanın məşhur müğənnisi Emin Ağalarov Rusiyanın “7days.ru” saytına müsahibə verib.
Müsahibə zamanı Emin yaradıcılığı, ailə həyatı, övladları barədə danışıb.

AzVision.az həmin müsahibədən maraqlı hissələri təqdim edir:

- Hər həftə ən azı bir-iki gün mən oğlanlarım Əli və Mikayılla vaxt keçirmək üçün öz evimə, Bakıya gəlirəm. Əvvəl onlar mənim yoldaşım (Leyla Əliyeva, prezident İlham Əliyevin qızı) ilə Londonda yaşayırdılar. Lakin bu il onlar məktəbə getdilər və biz doğma şəhərimizə – Bakıya köçdük.

Yeri gəlmişkən, bizim ev, bir deyil, iki binadır və onlar güzgü kimi bir-birilərini təkrarlayır. Biz atamla bu layihəni Leylanın hamilə olduğunu biləndə düşündük. Leyla ilə əkizlərimizin olacağını bildikdə atamla bu layihəni hazırladıq. Zamanı çatanda evlərdən biri Əlinin, digəri isə Mikayılın olacaq. Evlər miqyasca kifayət qədər böyükdür. Çünki oğlanlarımın böyük ailəsinin olmasını istəyirəm.

Bu evdə mənim ən sevdiyim otaq – uşaq otağıdır. Bakıya gəldiyim zaman bütün boş zamanımı burada keçirirəm. Uşaqlarla qatar-qatar oyunu oynayır, multfilmlərə baxırıq.

Mən əminəm ki, uşaqlar göylərin bizə hədiyyəsidir. Mən çox erkən yaşlarımdan – 18 yaşımdan uşaqlarımın olmasını istəyirdim. Mən uşağımın, üstəlik iki əkiz oğlumun olduğunu bildikdə sevincdən tullanmağa və qışqırmağa başladım. And içirəm! Həkim isə mənim bu hərəkətlərimə gülərək məndən sakitləşməyimi istədi. Yadımdadır, onlar doğulanda mən körpələrdən ayrıla bilmirdim.


Eldar Tanrıverdiyev

Qalereya




Teqlər:  





Xəbər lenti