`ELSA-Azərbaycan`ın akademik fəaliyyətlər üzrə vite-prezidenti Könül Bədəlova AzVision.az-a bildirib ki, Avropada bu gün ELSA günü hesab olunur: “30-dan çox dövlətdə müxtəlif layihələr həyata keçirilir. Biz də Leqal Art layihəsinə qoşulmuşuq. Layihə iki mərhələlidir. İlk mərhələ İnsan hüquqları və sosial məsuliyyət mövzusunda təlim keçilir. Növbəti mərhələ isə hazırkı sərgi mərhələsidir. Məqsədimiz həm öyrətmək, həm də rəsmlər vasitəsilə göstərməkdir”.
“Leqal Art” eyni zamanda müsabiqə kimi keçirilir. Onun obyektivliyini təmin etmək üçün birinci yer ictimaiyyətin gözü önündə müəyyənləşdirilir. Ikinci yer isə ELSA-Azərbaycanın İdarə Heyəti tərəfindən seçiləcək. Birinci yeri tutana 350, ikinci və üçüncü yerlərə 150 və 100 manat pul mükafatı veriləcək.
Nuran Məmmədov