“Qalatasaray” avrokuboklarla vidalaşdı- NƏTİCƏLƏR

A qrupunda “Malmö” “Yuventus”u qəbul edib və rəqibinə 0:2 hesabı ilə uduzub. “Atletiko” isə ”Olimpiakos”a – 4:0 hesabı ilə qalib gəlib.
B qrupunda İspaniya təmsilçisi “Real” “Bazel”in qonağı olub. Kral klubu rəqibini 1:0 hesabı ilə məğlub edib. “Liverpul” - “Ludoqorets” matçında isə 2:2 hesablı bərabərlik qeydə alınıb.
C qrupunda “Zenit” “Benfika”nı qəbul edib və 1:0 hesablı qələbə qazanıb. “Monako” “Bayer” oyununda da eyni hesab qeydə alınıb.
Ölkəmizdə də azarkeşlərinin çox olduğu Türkiyənin "Qalatasaray" klubu Belçika təmsilçisi "Anderlext"ə 0:2 hesabı ilə uduzub. Bununla da “Qalatasaray” avrokuboklardan kənarda qalıb. D qrupunun digər oyununda eyni hesab qeydə alınıb. Belə ki, “Borussiya” (Dortmund) “Arseanl”a 0:2 hesabı ilə uduzub.
Eldar Tanrıverdiyev
Teqlər: