Dini icmalar mükafatlandırdı

Dini icmalar mükafatlandırdı
  07 May 2013    Oxunub:1138
Ümumilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Keçmişdən gələcəyə: milli-mənəvi dəyərlərimizin qorunması” mövzusunda konfrans keçirilir.

AzVision.az xəbər verir ki, dövlət himnin səsləndirilməsi ilə başlayan konfransda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsin sədri Elşad İsgəndərov Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışıb, onun hər zaman milli-mənəvi dəyərlərimizə olan qayğısından söz açıb. Qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir.

Sonra Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilmiş silsilə tədbirlərdən slayd şou nümayiş etdirilib.

Sonda Dini qurumlararası “Torenatlıq Kuboko” uğrunda mini futbol turniri, “Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi”mövzusunda elan edilmiş məqalə müsabiqəsinin qalibləri, o cümlədən dini icmaların təşəbbüsü və Dövlət Komitəsinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Yaşıl dünyamızı birgə qoruyaq” adlı ağacəkmə aksiyasında fəqlənən dini icmalar mükafatlandırılma mərasimi keçirilib.

Anar


Teqlər:





Xəbər lenti