İlham Əliyev Saakaşvili ilə görüşdü - FOTOLAR

İlham Əliyev Saakaşvili ilə görüşdü - FOTOLAR
  07 May 2013    Oxunub:2758
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüb.

AzVision.az xəbər verir ki, təkbətək görüş keçirən prezidentlər iki ölkə arasındakı münasibətlərdən danışılıb. Görüşdə iki ölkənin münasibətləri və gələcək əməkdaşlığı müzakirə olunub.

Görüşdə Prezident İlham Əliyev Qars - Axalkalaki dəmir yolu xəttinin tikintisindən danışıb, bildirib ki, bu dəmir yolu xətti hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Saakaşvili Cənubi Qafqaz forumunda iştirak etmək üçün Bakıya gəlib.

Xatırladaq ki, Cənubi Qafqaz Forumu dünyanın 300-dən çox xarici ekspertlərin, ziyalıların, sabiq ölkə və hökumət rəhbərlərinin iştirakı ilə keçiriləcək. Forum İsgəndəriyyə Kitabxanası, YUNESKO-nun sabiq direktoru Federiko Mayor Zaragozanın rəhbərlik etdiyi Fundacion de Pas, İnsan alverinə Son layihəsi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdırılır.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti