İsmayıllıda yanğın - xəsarət alan var

İsmayıllıda yanğın - xəsarət alan var
  28 Noyabr 2014    Oxunub:1149
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, İsmayıllı rayonu, Enişdibi kəndində (rayon mərkəzindən 21 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yanğın yanğınsöndürənlər tərəfindən saat 03:02-də söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti