Jurnalist ölüm ayağında – həyatı sizdən asılıdır!
Son iki ildə Cavid Əliyev ailə üzvlərinin, yaxın qohumların və dostların maliyyə yardımı ilə Mərkəzi Neftçilər Xəstəxanasının Kardilogiya şöbəsində dəfələrlə müalicə kursları keçib. Bir neçə dəfə ölümlə üz-üzə gəlsə də həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Lakin son bir ayda Cavid Əliyevin durumu o qədər pisləşib ki, artıq müalicələr də heç bir effekt vermir.
Həkimlər təcili olaraq onun üzərində ürək transplantasiyası (ürəyin dəyişdirilməsi) əməliyyatı aparılmasının vacibliyini vurğulayıblar. Lakin mövcud qanunvericiliyə görə ölkəmizdə bu tip əməliyyatların həyata keçirilməsi mümkün deyil.
Digər tərəfdən, xarici ölkələrdə reallaşdırılan ürək nəqli əməliyyatının dəyəri 100 min manat civarındadır. Bu məbləği ödəmək isə Cavid Əliyev və onun yaxınlarının imkanı xaricindədir.
Təxminən bir həftə əvvəl səhhəti qəfildən pisləşən Cavid dostlarının yardımı ilə təcili Belorusiya Respublikasına aparılıb. Belorusiyanın Orqan Transplantasiyası İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilən Cavidə son diaqnoz qoyulub – ömrünün sonuna sayılı günlər qalıb! Ürək nəqli vacibdir! Belorusiyalı həkimlər Cavidi ürək nəqli əməliyyatı üçün növbəyə yazıblar. Lakin bu əməliyyat üçün 100 min manat pul tələb olunur. Bu məbləği ödəmək faktiki olaraq mümkün deyil.
Peşəkar televiziya işçisi, 3 uşaq atası olan Cavid Əliyevin həyatda qalması üçün hər birimiz əlimizdən gələni etməliyik. Bu məqsədlə Azərbaycan Beynəlxalq Bankında Cavid Əliyevin adına hesab nömrəsi açılıb. Cavidin yaşaması üçün dəstəyimizə ehtiyacı var. Bunu əsirgəməyək, dəyərli bir insanın aramızda qalmasına yardım edək!
Azərbaycan Beynəlxalq Bankında açılan hesab nömrəsi:
Əliyev Cavid Nizami oğlu
Müştəri hesab nömrəsi: AZ68IBAZ33801019441803347206
Azərbaycan Beynəlxalq Bankı ASAN1 şöbəsi:
Bankın müxbir hesabı: AZ03NABZ01350100000000002944
Teqlər: