Azərbaycanlı animator beynəlxalq yarışmada – VİDEO

Bolqarıstan, İspaniya Hindistan, ABS və s. ölkələrdən iştirakçıların qatıldığı bu yarışmada Azərbaycanı təmsil edən Hüseyn Qulamov filmi youtube-da hələ ki 7000-dən çox səslə birincidir.
- Finala üç mövzu üzrə 9 film çıxıb. Yəni hər mövzu üzrə 3 film finaldadır və ən çox baxılan video qalib olacaq. Azərbaycandan tək mən “Greed” adlı filmlə iştirak edirəm - deyə Hüseyn Qulamov AzVision.az-a bildirib.
Qeyd edək ki, səsvermə dekabrın 15-nə qədər davam edəcək. Azərbaycan təmsilçisinin qalib gəlmək üçün indiki birinciliyini saxlanması lazımdır. Ona görə də, gəlin, onun filminə səs verək. Youtube-a daxil olun və aşağıdakı videonu bəyənin.