Əlil və şəhid ailələrinin problemi parlamentdə

Əlil və şəhid ailələrinin problemi parlamentdə
  28 Noyabr 2014    Oxunub:1628
“Şəhid ailələri və Qarabağ əlilləri üçün nəzərdə tutulan sığorta haqqının ödənilməsi təmin edilməlidir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən plenar iclası zamanı millət vəkili Vahid Əhmədov deyib. O, bildirib ki, bu vəsaitin ödənilməsi elə də böyük xərc tələb etmir:

“Maliyyə naziri məsələni araşdırıb şəhid ailələrinə sığorta haqqının ödənilməsini təmin etməlidir”.

Spiker Oqtay Əsədov cavab olaraq bildirib ki, bu məsələ Maliyyə Nazirliyinin həll edəcəyi məsələ deyil: “Bununla bağlı Konstitusiya Məhkəməsi parlamentə məktub göndərib ki, məsələ ilə bağlı qərar qəbul olunsun. Biz də məsələni araşdıraraq hökumətə müraciət edəcəyik ki, məsələ həllini tapsın”.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti