“Mikayıl Cabbarovla hər gün telefonla danışırıq“

“Mikayıl Cabbarovla hər gün telefonla danışırıq“
  07 May 2013    Oxunub:1272
Məleykə Abbaszadə: “TQDK və Təhsil Nazirliyinin birgə fəaliyyəti ölkə təhsilinə töhfə verəcək”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Mikayıl Cabbarovun təhsil naziri təyin edilməsinə münasibət bildirib.

TQDK sədri jurnalistlərə açıqlamasında yeni təhsil naziri Mikayıl Cabbarova uğurlar arzulayıb.

M. Abbaszadə ümidvar olduğunu deyib ki, TQDK və Təhsil Nazirliyinin birgə fəaliyyəti ölkə təhsilinə töhfə verəcək:

“Təhsil sahəsində hər iki qurumun birgə fəaliyyəti bu sahənin inkişafı üçün uğurlu olacaq. Hər gün yeni təhsil naziri Mikayıl Cabbarovla müəyyən telefon danışıqlarımız olur, müxtəlif məsələlər müzakirə olunur. Həll edilməmiş məsələlər öz həllini tapmalıdır. Bunun üçün də açıq şəkildə müzakirələr aparılır. Yeni nazirlə işgüzar münasibət qurulub və normal fəaliyyət göstəririk”.(apa)



Teqlər:  





Xəbər lenti