“Arvadından küsən Koroğlu körpüsünə çıxır” -DEPUTAT
Millət vəkili Etibar Hüseynov “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüdə tez-tez baş verən intihar cəhdlərinə münasibət bildirib. Deputat deyib ki, saatlarla davam edən tıxac paytaxtın bütün hərəkət ritmini pozur. İnsanlar belələrinə görə nə qədər əsəb və problem yaşayır.
“Bütün bunların fonunda bu intihar təlxəkləri heç bir cəza almır. Bu cəzasızlıq isə həmin təlxəkləri daha da ruhlandırır. Mən anlamıram nədən bunun qarşısı alınmır. Bəziləri təklif edir ki, o körpünün yanında polis postu qurulsun. Amma ehtiyac yoxdu və vəziyyətdən də çox sadə çıxış yolu var. Bu da körpünün hər iki tərəfdən tutacaqlarını tikanlı məftillərlə təxminən 1 metr məsafədə sarımaqdır. Vəssalam. Bunu da mən deməliydim?”
AzVision.az