KIV-in kütləyə təsirinin 10 strategiyası

KIV-in kütləyə təsirinin 10 strategiyası
  07 May 2013    Oxunub:2205
İstənilən məqalə və ya xəbər proqramı insanların düşüncəsini dəyişdirə bilər.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, televiziya tamaşaçılarını ya pərəstişkar edir və ya əksinə. Eyni hadisə televiziya verilişində, məqalə və ya radio müsahibəsi gedişatında müxtəlif cür təqdim edilə bilər.

Bəs KİV-in insanların düşüncə tərzinə təsiri nədir? Noam Komski bu məsələni açmaq üçün 10 strategiya müəyyənləşdirib:

1. Diqqətin cəlb ediləsi

Sosial idarənin əsas elementi diqqətin cəlb edilməsi strategiyasıdır. Məqsəd - siyasi və iqtisadi həll edilən əhəmiyyətli məsələlərə ictimaiyyətin diqqətini cəlb etməkdir. Bu strategiya vasitəsilə insanlar elmi, iqtisadi, psixoloji, neyrobioloji və kibernetika sahəsində bilik qazanırlar.

2. Problem yaratmaq — onun həllini təklif etmək

Bu metod həmçinin “problem – reaksiya – həll” adlanır. İctimaiyyətin müəyyən reaksiyasına səbəb olan problem yaradılır ki, insanlar özü onların həlli barədə düşünsünlər.

3. Tədricilik strategiyası

Bu strategiya ilə problemlərin həlləri tədricən – damcı-damcı, hətta illərlə tətbiq edilir. Məhz belə prinsip əsasında 80-90-cı illərdə özəlləşdirmə, etibarsızlıq, kütləvi işsizlik, aşağı əmək haqqı, yəni bütün bunlar inqilabın baş verməsinə gətirib çıxarıb.

4. Təxirəsalma strategiyası

Problemləri həll etməyin digər üsulu onları “ağrılı və zəruri” olaraq təqdim etmək və insanların gələcəkdə onları həll etməyə təşəbbüs göstərməsinə nail olmaqdır.

5. İctimaiyyətlə şirin danışma strategiyası

Tamaşaçıya təqdim edilən reklamların əksəriyyəti uşaq dili və ya intonasiyası ilə verilir. Niyə? Çünki tamaşaçılar bu cür reklamlara uşaq kimi cəld cavab verir və ya qeyri-tənqidi reaksiya göstərir.

6. Düşüncədən daha çox emosiya

Emosional aspektdən istifadə - fərdlərin rasional analizi üçün istifadə olunan klassik texnologiyadır. Bu metodla arzuları, qorxuları, məcburiyyəti və ya davranışın lazımi modellərini şüuraltı mənimsəmək olur.

7. İnsanları inkişafdan uzaq saxlamaq

Bu metodla texnologiyanın inkişaf etməsinə baxmayaraq, asılı cəmiyyətin yaradılması və onların sosial idarə edilməsidir.

8. Kütlələri lazımsız materiallarla maraqlandırmaq

Bu strategiya insanları küt, mənasız və tərbiyəsiz olmağa yönəldir.

9. Günah hissini gücləndirmək

Bu metodla fərdlərin öz intellekt çatışmazlığına görə bədbəxtliklərində və uğursuzluqlarında özlərini günahkar hiss etməsinə çalışmaqdır. Həmin vəziyyətdə fərdlər özlərini aciz və köməksiz hiss edirlər. Bu isə onları depressiya vəziyyətinə gətirib çıxarır.

10. İnsanlar haqqında onların özlərindən çox bilmək

Biologiya, neyrobiologiya və tətbiqi psixologiya sayəsində yaranan “sistem” insan varlığı haqqında qabaqcıl biliklərdən istifadə edir. Bununla, “sistem” fərdləri özlərindən daha çox nəzarətdə saxlamağa malik olur.

Leyla Cavadova
AzVision.az



Teqlər:





Xəbər lenti