`Hafka`nın klubu `İnter`ə uduzdu

Turnir cədvəlinin son pilləsində qərarlaşan “Bakı” öz meydanında “İnter”i qəbul edib. Matçın taleyini bir qol həll edib. Mikel Alvaronun görüşün 40-cı dəqiqəsində vurduğu qol "İnter"ə 1:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, tura sabah keçiriləcək “Simurq” – “Qarabağ” matçı ilə yekun vurulacaq.
AzVision.az