3 məmur istintaqa cəlb olundu

3 məmur istintaqa cəlb olundu
  30 Noyabr 2014    Oxunub:2284
FİFA-nın üç məmuru futbol üzrə 2018 və 2022-ci il dünya çempionatlarına ev sahiblərinin seçilməsi üzrə işlə əlaqədar istintaqa cəlb olunub.
AzVision.az AzərTAc-a istinadla xəbər verir ki, ispaniyalı Anhel Mariya Vilyar Liona, belçikalı Mişel d’Oge və Tailand nümayəndəsi Voravi Makudi FİFA-nın etika kodeksini pozmaqda ittiham edilirlər.

İstintaqa cəlb edilənlər arasında onlardan başqa FİFA icraiyyə komitəsinin keçmiş üzvü alman Frans Bekkenbauer və təşkilatın texniki komissiyanın sabiq başçısı çilili Harold Meyn-Nikolls da var.

Qeyd edək ki, 2010-cu ildə FİFA-nın icraiyyə komitəsi tərəfindən keçirilmiş səsvermənin nəticələrinə görə 2018 və 2022-ci il dünya çempionatlarına müvafiq olaraq Rusiya və Qətər ev sahibliyi edəcək. O vaxtdan bəri bu seçimin ədaləti tez-tez şübhə altına alınır.

FİFA bu ilin noyabr ayında etika üzrə hüquq şöbəsinin səsvermədə hər hansı hüquq pozuntusunun qeydə alınmadığına dair hesabatını dərc etsə də, mövzu ətrafında müzakirələr səngimək bilmir.


Teqlər:  





Xəbər lenti