"Mançester Yunayted"də ciddi itki
.jpg)
Anxel di Mariya İngiltərə Premyer Liqasının 13-cü turunda "Hall Siti"yə qarşı matçın 14-ci dəqiqəsində zədələnib və əvəzlənib.
Artıq onun ölkə çempionatının növbəti turunda "Stok Siti"yə qarşı görüşdə iştirak etməyəcəyi dəqiqləşib.
Di Mariyanın zədəsinin ciddi olub-olmadığı sabah tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, "Mançester Yunayted" - "Hall Siti" matçı birincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Teqlər: