Dini Komitə qalibləri mükafatlandırdı - FOTOLAR

Dini Komitə qalibləri mükafatlandırdı - FOTOLAR
  07 May 2013    Oxunub:1103
Konfransda yeni Təhsil naziri Mikayıl Cabbarov da qonaq qismində iştirak edib.
Bu gün Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Keçmişdən gələcəyə: milli-mənəvi dəyərlərimizin qorunması” mövzusunda konfrans keçirilib. AzVision.az xəbər verir ki, konfransda Təhsil naziri Mikayıl Cabbarov, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, müxtəlif dövlət və hökumət nümayəndələri, Azərbaycanda akkreditə olunmuş səfir və diplomatlar iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərli çıxış edərək bildirib ki, müvafiq tədbirlər təxminən 2 ay ərzində keçirilib. Bundan başqa komitə sədri ulu öndər Heydər Əliyevin dindarlara olan qayğısından danışıb. Konfransda Dövlət Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mini futbol turniri və ağacəkmə aksiyasında fərqlənən dini icmlara mükafatlar təqdim edilib. Həmçinin, Dövlət Komitəsinin “Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” adlı məqalə müsabiqəsinin qaliblərinə müakafatlar təqdim edilib. Müsabiqəyə ümmilikdə 60-dək məqalə təqdim edildiyi deyilib. Məqalə müsabiqəsində qalib gələnlərə Dövlət Komitəsinin müvafiq diplom və mükafatı verilib.

Anar
Foto: Elnur Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti