İnformasiya Mərkəzi müsabiqə elan etdi

  07 May 2013    Oxunub : 491
İnformasiya Mərkəzi müsabiqə elan etdi
Bakı Turizm İnformasiya Mərkəzi IV Milli Turizm Mükafatı müsabiqəsini elan edib.
AzVision.az-ın məlumatına görə, müsabiqənin keçirilməsində məqsəd turizm sənayesinin davamlı inkişafını, xidmət keyfiyyətinin yüksəldilməsini təmin etmək, Azərbaycan Respublikasında mədəni- idrakı, ekoloji, sağlamlıq və digər turizm növlərini stimullaşdırmaqdır.

Müsabiqədə turizm və otel biznesi təmsilçiləri, tədris və mədəniyyət təşkilatları, turizm infrastrukturuna aid müəssisələr, təşkilatlar, jurnalistlər və kütləvi informasiya vasitələri iştirak edə bilər.

Musabiqə aşağıdakı nominasiyalarda keçirilir:
1. Turizm sahəsində tədrisin inkişafına edilən şəxsi töhfə
2. Ölkədaxili və gəlmə turizm sahələrində ən yaxşı turoperator
3. Xarici turizm sahəsində ən yaxşı turoperator
4. Ən yaxşı 5 ulduzlu otel
5. Ən yaxşı 4 ulduzlu otel
6. Ən yaxşı 2-3 ulduzlu otel
7. Turizm sahəsində ən yaxşı işçi
8. Ən yaxşı Turizm kompleksi
9. Turizm sahəsində sponsorluq
10. Bakı şəhərində turizm haqqında ən yaxşı nəşr
11. Turizm sahəsində ən yaxşı internet portal
12. Ən yaxşı otel meneceri.

Müsabiqədə iştirak etmək üçün mayın 1-dən sentyabrın 20-dək aşağıdakı sənədləri Bakı Turizm İnformasiya Mərkəzinə təqdim etmək lazımdır:

1. Müsabiqədə iştirak üçün ərizə
2. Təşkilat və yaxud iddiaçı haqqında arayış
3. Seçilmiş nominasiya üzrə mükafata namizədliyini irəli sürmək üçün görülən işlər barəsində məlumat.

Müsabiqədə iştirak etmək üçün lazımı sənədlər və ərizə forması www.tourism.az saytında yerləşdirilmişdir. Əlavə məlumat əldə etmək üçün (012) 498 12 44, (012) 598 44 12 nömrələrinə zəng edə, [email protected] box.az elektron ünvanına yaza bilərsiniz.
Qaliblərin təltif edilmə mərasimi 27 sentyabr 2013-cü il Ümumdünya Turizm Günündə keçiriləcək.

Milli Turizm Mükafatı müsabiqəsinin Əsasnaməsini aşağıdakı keçiddən yükləyə bilərsiniz.

Teqlər: