“Neftin qiyməti 40 dollardan aşağı düşə bilər” - Agentlik
Ekspertlər neftin qiymətinin 40 dollardan aşağı düşməsi və 30 il əvvəl Meksikada böhranın, Sovet İttifaqının çökməsi kimi dünyada əks-səda yaradacaq hadisələrin baş verməsini istisna etməyiblər.
Agentlik yazır ki, neftin qiymətinin bu vəziyyətdə qalacağı təqdirdə Rusiyanın neft gəlirləri ölkəni Avropa İttifaqı və ABŞ-ın sanksiyalarından qoruya bilməyəcək. Beynəlxalq sanksiyaların tətbiq olunduğu İranda subsidiyaları azaltmaq məcburiyyətində qalacaq. Ən azı İranda ölkənin təbii artımının qarşısının alınması məqsədilə tədbirlər görəcək. Neft qiymətlərinin aşağı düşməsindən ziyan çəkəcək ölkələr sırasında Nigeriya və Venesuela da var.
“Əgər hakimiyyət uşaqları yoxsulluq səviyyəsindən çıxarmağa imkan verəcək şəkildə vəsait xərcləyə bilmirsə, onda həmin uşaqlar küçələrə qayıdacaq və biz siyasi böhran və çevrilişlərin şahidi olacağıq. OPEK-ə üzv ölkələrin böyük əksəriyyəti üçün neftin bir barelə görə qiymətinin 100 dollardan çox olması həyatı əhəmiyyət kəsb edir. Əgər onlar xərcləri azaltsalar, bu həmin ölkələrdə problemlərin yaranması ilə nəticələnə bilər”, - Böyük Britaniyanın “Chatham House” təşkilatının eksperti Pol Stivens bildirib.
Eldar Tanrıverdiyev
Teqlər: