Bu il BDU-da Murtuz Ələsgərov adına təqaüd olacaq

  07 May 2013    Oxunub : 826
Bu il BDU-da Murtuz Ələsgərov adına təqaüd olacaq
“Bu semestr, imtahanların sonunda namizədlər seçiciləcək”.
“Çalışırıq ki, birinci kursu bitirənlərə mərhum Murtuz Ələsgərovun adına təqaüd verək”.

Bunu AzVision.az-a açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin üzvü Abel Məhərrəmov deyib.

Rektorun sözlərinə görə, Bakı Dövlət Universitetində hər zaman tarixi şəxsiyyətlərin adları əbədiləşdirilir.

“Hər zaman görkəmli alimlərin və ictimai-siyasi xadimlərin adına təqaüdlər verilir. O cümlədən də mərhum Murtuz Ələsgərovun adına təqaüd elmi şurada müzakirə olunub və qəbul olunub. Çalışırıq ki, birinci kursu bitirənlərə mərhum şəxsiyyət Murtuz Ələsgərov adına təqaüd verək. Bu semestr, imtahanların sonunda namizədlər seçiciləcək. Belə ki, imtahan sessiyasından sonra qiymətlərə görə, namizədlər seçilir. Bu baxımdan zaman etibarı ilə bu məsələ bir qədər uzanır”-deyə A.Məhərrəmov vurğulayıb.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Azərbaycanın əməkdar hüquqşünası, Milli Məclisin sabiq spikeri mərhum Murtuz Ələsgərovun adının əbədiləşdirilməsi ilə bağlı adlı təqaüdün ayrılacağını bildirmişdi.

Anar

Teqlər: