Azərbaycanlı qardaşlar Türkiyəni fəth etdi - VİDEO

Azərbaycanlı qardaşlar Türkiyəni fəth etdi - VİDEO
  02 Dekabr 2014    Oxunub:1932
Azərbaycandan “O səs Türkiyə” yarışmasına qatılan iki qardaş duetlə çıxış ediblər.
AzVision.az axsam.az-a istinadən xəbər verir ki, Ceyhun və Varis Tarkanın "İnci Tanem" mahnısını oxuyub.

Qardaşların ifasından məmnun olan Ebru Gündeş "Möhtəşəmdir. Mən sizinlə çox çalışmaq istəyirəm. Azərbaycan bizim qardaş ölkəmizdir. Mən Azərbaycanı və azəriləri çox sevirəm. Heydər Əliyevin zamanından orda konsert vermişəm", - deyə bildirib.

Müğənni “Məni seçsəniz çox sevinərəm” deyə qardaşlara müraciət edib.

Hadisə, Ebru Gündeş və Gökhan Özoğuzu özlərinə tərəf döndərməyi bacaran həmyerlilərimiz sonda Hadisəni seçiblər.

Hadisə isə "mən də Azərbaycanı çox sevirəm, Eurovisionda Azərbaycandan 12 xal almışdım. Nə olar məni seçin" deyə qeyd etmişdi.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturur.




Teqlər:  





Xəbər lenti