Ermənistan təşvişdə: Pul dəyərdən düşür, qiymətlər bahalaşır

Ermənistan təşvişdə: Pul dəyərdən düşür, qiymətlər bahalaşır
  02 Dekabr 2014    Oxunub:2084
Ötən axşam Ermənistanın paytaxtı Yerevanda bir ABŞ dolları 450 drama dəyişdirilib. Bir çox məntəqələr dolları 441 drama alıb, 448-449-a satıblar.

Bu barədə AzVision.az Ermənistanın “Aykakan Jamank” qəzetinə istinadən xəbər verir.

“Ötən gün Ermənistan milli valyutasının məzənnəsində qeydə alınan dəyişikliklər Rusiya maliyyə bazarında müşahidə olunan düşüşlə bağlıdır. Son 2-3 həftə ərzində Ermənistan dramı 5% dəyərsizləşsə də, bu ərzaq məhsullarında kütləvi qiymət artımı ilə nəticələnməyib. Lakin bu artıq son həddir və bundan sonra Ermənistanda qiymət artımından qaçmaq mümkün olmayacaq. Dramın dəyərdən düşməsi prosesi davam etdikcə, biz ölkədə bütün məhsulları üzrə qiymət artımının şahidi olacağıq”, qəzetdə dərc olunan məqalədə bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti