"Bizim futbolçular pul görən kimi şişirlər..." - Böyükağa Hacıyev

"Bizim futbolçular pul görən kimi şişirlər..." - Böyükağa Hacıyev
  02 Dekabr 2014    Oxunub:2270
“Neftçi” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev azərbaycanlı futbolçuların “ulduz xəstəliyi”ndən danışıb. Təcrübəli mütəxəssis yerli oyunçularla xariciləri müqayisə edib.
“Bizim futbolçular tez şişirlər. Bilirsiniz niyə? Çünki bu, mentalitetdən irəli gəlir. Bizdə futbolçu 200-250 minlik müqavilə imzalayan kimi həmən “inomarka”, bahalı telefon alır, bir də dar cins şalvar. Bununla da futbol qurtardı” – deyə Hacıyev bildirib.

Məşqçilər Komitəsinin üzvü olan çalışdırıcı əcnəbi futbolçuların fərqli xarakterdə olduqlarını əlavə edib: “Ulduz futbolçuları diqqətlə izləyirik. Pepe, Ronaldo, Messi, Suares, bunların hər birinin hesabında ən aşağısı 100 milyon pul var. Bu, milyonçuların futboludu. Onlar futbolu istəyərək, oynayırlar. Bizimlə onların fərqi da məhz bundadır. Əfsuslar olsun ki, bizim futbolçular dərin fikirləşmirlər” (apasport.az).


Teqlər:





Xəbər lenti