V.Mustafayev filmdə çəkiləcək aktyorları mətbuat nümayəndələrinə təqdim edib, filmin çəkilişi və əhəmiyyəti barədə məlumat verib.
“Bu filmin çəkilişində iştirak edən kollektiv beynəlminəldir. Burada dünya şöhrətli amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nebahat Çehrə, rusiyalı aktyor Yuriy balaev, habelə İrandan dəvət olunmuş kino-operator Afşin Əlizadənin başçılıq etdiyi çəkiliş qrupu yerli azərbaycanlılarla bir yerdə çalışır”.
1990-cı il 20 yanvar hadisələrinin əks olunduğu filmin təqdiamtı 2015-ci il yanvarın 20-də olacaq. Hazırda çəkilişləri davam edən filmin bir neçə ölkədə nümayiş olunması planlaşdırılır.
Qeyd edək ki, film bir milyon manata başa gəlir.
Nuron Məmmədov