Məşhur aktrisa gizli şəkildə evləndi – FOTO

Məşhur aktrisa gizli şəkildə evləndi – FOTO
  02 Dekabr 2014    Oxunub:2948
Amerikalı kinoaktrisa Skarlett Yohansson gizli şəkidə fransiz jurnalist Romen Doriakla görüşüb.
Bu barədə AzVision.az “The Daily Mail”-ə istinadən xəbər verir.
Məlumata əsasən, toy mərasimi hələ oktyabrın 1-i baş tutub.

Qeyd edək ki, Yohansson və Doriakın qız uşağı var.

Amerikalı aktrisa və müğənni Skarrlett Yohansson 22 noyabr 1984-cü ildə Nyu-Yorkda dünyaya gəlib. Atası Karsten Yohansson danimarkalı ssenarist-rejissor Eyner Yohanssonun oğludur, anası Melani Sloan isə amerikalı yəhudi ailəsində dünyaya göz açıb. Skarletin böyük bacısı Vanessa da aktrisadır. Onun bacısından başqa, dörd qardaşı da var. Valideynləri ayrıldığından, aktrisa iki şəhərdə - həm Nyu-York, həm də Los-Ancelesdə böyüyüb. Aktrisa "Calvin Klein" şirkətinin "Eternity moment" ətirinin reklam simasıdır. 0, 2006-cı ildə "L`Oreal" şirkəti ilə müqavilə imzalayıb. Aktrisa Bob Dilan və Castin Timberleyk kimi ifaçıların kliplərində çəkilib. 28 may 2008-ci ildə Skarlett Yohansson özünün "Anywhere i Lay My Head" albomunda vokalçı kimi debüt etdi. İnsanların bir partnyorla qalmaq məcburiyyətində olmadığını hesab edən Yohansson, mətbuata şəxsi həyatı ilə bağlı açıqlamalar vermir. Aktrisa Cared Leto və özündən 17 yaş böyük Benisio Del Toro ilə böyük əks-səda doğuran roman yaşayıb. Skarlett "Qara səhləb çiçəyi" filminin çəkilişlərində tanış olduğu aktyor Coş Hartnettlə də görüşüb və 2006-cı ilin sonunda onlar ayrılıblar. Mark Uolberq və Castin Timberleyklə roman yaşayan aktrisa, 5 may 2008-ci ildə Rayan Reynoldsla nişanlandığını elan etdi və sentyabr ayının 28-də onlar ailə qurdular. Solaxay olduğu məlum olan Skarlett Yohansson ildə iki dəfə QİÇS analizi verməyi də unutmur və bunu etməyənləri səhlənkar adlandırır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti