Alman ekspert Azərbaycanın uğurlarından danışıb

Alman ekspert Azərbaycanın uğurlarından danışıb
  03 Dekabr 2014    Oxunub:1342
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində “Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun təşkilatçılığı ilə Almaniyada konfrans keçirilib.

Konfransda Azərbaycan səfirliyinin əməkdaşları, siyasi ekspertlər, iqtisadi araşdırma mərkəzlərinin nümayəndələri, QHT rəhbərləri, media qurumlarının təmsilçiləri, ümumilikdə 60-a yaxın şəxs iştirak edib. Toplantının məqsədi ölkəmizin son illərdə sosial, iqtisadi və siyasi sahədə əldə etdiyi uğurlar haqqında Almaniya ictimaiyyətini dolğun və dürüst informasiya ilə təmin etmək olub.

Konfransda çıxış edən “Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun sədri Matias Dornfelt tədbir iştirakçılarının diqqətini ölkəmizdə səmərəli idarəetmə və elektron hökumət sahələrində həyata keçirilən müsbət islahatlara çəkərək, ASAN xidmət mərkəzlərinin fəaliyyətinin nümunəvi model olduğunu deyib. Təşkilatın sədri ASAN Xidmət mərkəzlərinin yaradılmasında məqsədin şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirməsi, əhalinin sosial problemlərinin səmərəli həlli və inzibati sahədə effektivliyin artırılması olduğunu vurğulayıb.

Cənab Dornfelt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolunun və yürütdüyü xarici siyasət kursunun təqdiredici olduğunu deyərək torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi və bunu nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasına baxmayaraq ölkəmizin ötən illər ərzində bütün sahələrdə əhəmiyyətli inkişafa nail olduğunu qeyd edib.


Teqlər:





Xəbər lenti