Vaqif Səmədoğlu həkim nəzarətindədir

Vaqif Səmədoğlu həkim nəzarətindədir
  03 Dekabr 2014    Oxunub:2696
"İsraildə müalicəsini davam etdirən xalq şairi Vaqif Səmədoğlunun vəziyyətinin yaxşılaşması üçün həkimlər əllərindən gələni edirlər".
Bu barədə xalq şairinin həyat yoldaşı Nüşabə Vəkilova ANS PRESS-ə bildirib.

Nüşabə Vəkilova bildirdi ki, Vaqif Səmədoğlu hazırda İsraildə müalicə kursunu davam etdirir:

"O, həkim nəzarətindədir. Vaqifin bədəninin imunitetinin gücləndirmə prosedurları davam etdirilir. Həkimlər onun səhhətinin yaxşılaşması üçün bütün lazımi tədbirləri görürlər”.

Nüşabə Vəkilova onu da bildirdi ki, Vaqif Səmədoğlunun vəziyyəti ilə bağlı mətbuatda bir çox xoşəgəlməz informasiyalar yayıldığına görə Vaqif Səmədoğlu barədə çox danışmaq istəmir.

Qeyd edək ki, dövlət dəstəyi ilə müalicə alan xalq şairi Vaqif Səmədoğlu onkoloji xəstəlikdən əziyyət çəkir.


Teqlər:  





Xəbər lenti