Bir gündə milyonçu oldu

Bir gündə milyonçu oldu
  04 Dekabr 2014    Oxunub:1899
Avromilyon lotereya oyununun növbəti tirajında adı açıqlanmayan bir fransız 72 971 665 avro udub. Bu, 2014-cü ildə Fransada rekord uduş hesab olunur.

Lotereya oyununda ən böyük məbləği -190 milyon avronu 2012-ci ildə bir portuqaliyalı udub.

Fransada isə ən böyük uduş 2012-ci ilin noyabrında qeydə alınıb. Həmin il xoşbəxt bilet öz sahibinə 169 milyon avro qazandırıb.

Xatırladaq ki, avromilyon lotereya oyunu Fransada, Böyük Britaniyada, İspaniyada, Belçikada, Lüksemburqda, İsveçrədə, Portuqaliyada, İrlandiyada və Avstriyada keçirilir.


Teqlər:





Xəbər lenti