Duman, çiskin, şaxta... - Günün havası

Duman, çiskin, şaxta... - Günün havası
  04 Dekabr 2014    Oxunub:1083
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək.
Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 766 mm civə sütununadək enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 04-05-də Abşeron yarımadasında hava şəraitinin nisbətən mülayimləşməsi müsbət amil olsa da, dekabrın 04-ü gün ərzində və 05-nə keçən gecə və səhər atmosfer təzyiqinin xeyli aşağı enməsi, dekabrın 06-da isə şimal küləyinin güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

AzVision.az


Teqlər:





Xəbər lenti