“Qarabağ”dan mətbuata MÜRACİƏT

“Qarabağ”dan mətbuata MÜRACİƏT
  04 Dekabr 2014    Oxunub:1525
Ağdamın "Qarabağ" klubu mediaya müraciət edib. AzVision.az-ın məlumatına görə, müraciətdə bildirilir:
"Dəyərli, media mənsubları! Dekabrın 11-də Avropa Liqasının VI turunda "Qarabağ" İtaliyanın "İnter" klubunu qəbul edəcək. Ötən oyunlarda media sektorundakı bəzi xoşagəlməz hallar UEFA-nın oyuna təhkim olunmuş qrupun məruzəsində qeyd olunub. Media sektorunda iş səmərəliliyinin təmin olunması üçün UEFA-nın müvafiq qurumunun təlimatlarına əsasən aşağıdakı şərtlərlə akkreditə vərəqəsini əldə etmək şansı mümkündür:

Oyuna akkreditasiyanı sadəcə PFL-də (Peşəkar Futbol Liqası) qeydiyyatdan keçmiş media qurumları ala bilərlər.

PFL-dən 96 mətbu orqan qeydiyyatdan keçdiyinə görə 96 akkreditə veriləcəkdir. (qeydiyyatdan keçənlərdən hansısa olmadığı halda müraciət edən orqanın aktivliyinə görə əlavə akkreditə əldə edə bilər)

PFL-də qeydiyyatdan keçməyən mətbu orqanlar qonaq sektoruna bilet əldə edə bilərlər. (maksimum 2 ədəd)

Qeydiyyatdan keçmiş mətbu orqanlar əlavə əməkdaşlarına da maksimum 2 ədəd bilet əldə edə bilərlər. Qeydiyyatdan keçmək üçün Dekabr 5- saat 12:00-a qədər PFL-dəki qeydiyyat vəsiqəsinin surətini və fotosunu (həcmi 0.5 MB az olmayan) [email protected] adresinə göndərməsi xahiş olunur.

Foto akkreditasiyası eyni sistemlə həyata keçiriləcəkdir. PFL- qeydiyyatl olanlar `PRESS` qeydiyyatı ilə yanaşı `FOTO` akkreditəsi də əldə edə bilərlər. (Eyni proses həyata keçirilməlidir: iş vəsiqəsi və fotosunu göndərmək lazımdır. Müstəqil fotoqraflara da şamil olunur)

Belə də "Qarabağ" - "İnter" oyununda sadəcə fərdi olan, fotolu akkreditasiya vəsiqəsi ilə iştirak mümkün olacaq. Akkreditasiyaları dekabrın 8-9 tarixlərində 9:00-dan 18:00-a qədər Suraxanıda yerləşən `Qarabağ` Futbol Klubunun bazasından əldə edə bilərsiniz".


Teqlər:





Xəbər lenti