`Ermənistanla sərhədlərin açılmasını istəyirik` - Çavuşoğlu

`Ermənistanla sərhədlərin açılmasını istəyirik` - Çavuşoğlu
  04 Dekabr 2014    Oxunub:1828
Türkiyənin xarici işləri naziri Mövlüd Çavuşoğlu növbəti dəfə Türkiyə-Ermənistan sərhədlərinin açılmasından danışıb.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Çavuşoğlu Papanın Ermənistan-Türkiyə sərhədlərinin açılması barədə istəyi haqda jurnalistlərin sualını belə cavablandırıb:

“Sərhədlərin açılması barədə bəyanat yalnız Papanın istəyidir. Biz də Ermənistanla sərhədlərin açılmasını istəyirik. Erməni məsələsində Türkiyə həmişə ilk addımı atır, Ermənistan isə buna cavab vermir. Uzatdığımız əl həmişə havada qalır”, - deyə Çavuşoğlu bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti