Peyğəmbər haqqında çəkilən filmlə bağlı AÇIQLAMA - VİDEO

  04 Dekabr 2014    Oxunub : 2036
Peyğəmbər haqqında çəkilən filmlə bağlı AÇIQLAMA - VİDEO
İranda çəkilişlərinə başlanılan Məhəmməd Peyğəmbər haqqında film müsəlman dünyası tərəfindən birmənalı qarşılanmayıb.
AzVision.az ans tv-yə istinadən xəbər verir ki, iranlı Məcid Məcidinin rejissoru olduğu filmdə islam peyğəmbərinin səsini və görüntüsünün yer aldığı iddia olunur. Sərt reaksiyalara səbəb də elə budur. İslam alimlərinin fikrincə, Məhəmməd Peyğəmbərin görüntüsünü canlandırmaq olmaz. Səs-küylü filmlə bağlı İranın Islami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri İbrahim Türkman narahatçılığa əsas olmadığını deyir.

“Peyğəmbərin siması filimdə göstərilmir. Mən bu filimin direktoru ilə özüm danışmışam, belə bir şey yoxdur. Bu böyük bir filimdir. Kimlər ki, bu sözləri deyirlər onlar istəyirlər ki, bu filimin təqdimatından qabaq onu pisləsinlər. Bu filim həm sünnü, həm də şiə baxışı ilə uyğun gələn filimdir”.


Teqlər: