ABŞ-da kütləvi həbslər davam edir

ABŞ-da kütləvi həbslər davam edir
  05 Dekabr 2014    Oxunub:1784
Böyük Jürinin qaradərili vətəndaşı saxlayan zaman güc tətbiq edən polisə qarşı ittiham irəli sürməməyə qərar verdikdən sonra Nyu-Yorkda başlayan etiraz aksiyaları davam edir.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Məlumata əsasən yüzlərlə etirazçı səhər saatlarından etibarən yenidən küçələrə axışıb. Nyu-Yorkda etirazçılar Linkoln tunelini, sonradan Vest Sayd Hayvey və Bruklin körpülərini bağlayıblar. Yerli polisin verdiyi məlumata görə, artıq şəhərdə 78 nəfər həbs edilib.

Qeyd edək ki, bu ilin iyul ayının 17-də Nyu-Yorkda 29 yaşlı polis Deniel Pantaleo qanunsuz siqaret satışına görə, 43 yaşlı qaradərili Erik Qarneri həbs etməyə cəhd edib. Polis 6 uşaq atası Erikə boğucu fənddən istifadə edib. Nəticədə isə piylənmə və astmadan əziyyət çəkən kişi boğuluraq, vəfat edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti