Çay evindən 40 min oğurlandı

Çay evindən 40 min oğurlandı
  05 Dekabr 2014    Oxunub:1486
Bakıda çay evindən 40 min manata yaxın pul oğurlayan şəxslər tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 4-də gecə saatlarında S.Rəhimov küçəsində yerləşən çay evində Bakı şəhər sakini Əli Vəliyevə məxsus içərisində 38700 manat olan bağlama oğurlanıb.

Bağlamanı oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakinləri – 1992-ci il təvəllüdlü Mircavad Məsumi və 1990-cı il təvəllüdlü Cavid Yusifov tutulublar.


Teqlər:  





Xəbər lenti