ABŞ-da polis silahsız qaradərili sakini güllələyib
Polis qaradərili sakinin silah çıxaracağını zənn edərək atəş açıb. Lakin ölən şəxsin üzərinə baxış keçirildikdə onun cibində yalnız dərman preparatları olduğu aşkarlanıb. Zabit qaradərili sakini narkotik satmasından şübhələnib. Qətl hadisəsi törədilməzdən əvvəl şübhəli şəxs və polis arasında dava da olub.
Hazırda ABŞ-ın bir çox şəhərlərində bu cür insidentlərlə əlaqədar olaraq etiraz aksiyaları keçirilir.
Qeyd edək ki, ötən gün Böyük Jürinin qaradərili vətəndaşı saxlayan zaman güc tətbiq edən polisə qarşı ittiham irəli sürməməyə qərar verdikdən sonra Nyu-Yorkda başlayan etiraz aksiyaları davam edir.
Bu ilin iyul ayının 17-də Nyu-Yorkda 29 yaşlı polis Deniel Pantaleo qanunsuz siqaret satışına görə, 43 yaşlı qaradərili Erik Qarneri həbs etməyə cəhd edib. Polis 6 uşaq atası Erikə boğucu fənddən istifadə edib. Nəticədə isə piylənmə və astmadan əziyyət çəkən kişi boğuluraq, vəfat edib.
Eldar Tanrıverdiyev
Teqlər: