FHN-dən balıqçılara XƏBƏRDARLIQ

FHN-dən balıqçılara XƏBƏRDARLIQ
  05 Dekabr 2014    Oxunub:2275
HN kiçik həcmli gəmi və motorlu qayıqların sahiblərinə xəbərdarlıq edib.
AzVision.az `Fövqəladə Hallar` qəzetinə istinadən xəbər verir ki, noyabrın 28-də Salyan rayonu ərazisində motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış iki balıqçının sahildən 27 km məsafədə - Səngi-Muğan adası yaxınlığında köməksiz vəziyyətdə qaldığı qeyd olunub. Dərhal FHN Aviasiya dəstəsinin bir ədəd helikopteri ilə dalğıc-xilasedicilər həmin əraziyə cəlb olunub, köməksiz qalmış balıqçılar xilas edilərək aidiyyəti üzrə təhvil veriliblər.

«FHN bir daha əhalinin nəzərinə çatdırır ki, kiçik həcmli gəmi və motorlu qayıqlar yalnız günün işıqlı vaxtı dənizə çıxa bilər. Küləyin sürəti 5-7 metr/saniyə, dalğaların hündürlüyü 0,5-0,75 metrdən artıq olduqda və görmə məsafəsi məhdud olan dumanlı hava şəraitində kiçik həcmli gəmilərin istismarı qadağandır. Kiçik həcmli gəmilərin Xəzər dənizində üzmə məsafəsi sahildən 2 dəniz mili və ya 3700 metrdir», - deyə xəbərdarlıqda bildirilib.

FHN həmçinin xatırladıb ki, dövlət qeydiyyatından və texniki baxışdan keçməyən, bort nömrəsi olmayan, yük və sərnişin götürmə normalarını pozan gəmilərin istismarı qadağandır. Dənizə çıxarkən kiçik həcmli gəmilər və motorlu qayıqlar xilasedici dairə, maqnit kompas və ya GPS naviqasiya vasitələri, xilasedici canlıq (heyət sayına görə), lövbər, yanalma kəndirləri, bir cüt avar, gecə siqnalı üçün əl fənəri, vedrə yaxud quruducu əl nasosu, ilkin tibbi yardım çantası və yanğınsöndürən balonla təchiz olunmalıdır.


Teqlər:  





Xəbər lenti