ABŞ rəsmən Cekutanı Azərbaycana səfir təyin etdi

ABŞ rəsmən Cekutanı Azərbaycana səfir təyin etdi
  05 Dekabr 2014    Oxunub:1760
Azərbaycana yeni səfir Senat komitəsində təsdiq olundu.
AzVision.az xəbər verir ki, barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səfhəsində məlumat verilib.

Bu gün Senat Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirilib. Prezident Barak Obamanın nominasiya etdiyi Robert Cekuta komitə səsverməsində təsdiq olunub.

Cənab Cekuta Dövlət Katibinin Enerji Resursları Bürosunda baş yardımçı müavinidir. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edir.

Robert Cekutanın xaricdə diplomat qismində təcrübəsi var. O, 2007-2009 illər arasında Tokyoda, 2003-2007 illər arasında isə Berlində xidmət edib. Burada o, dünyanın iki iqtisadi qüdrətinə iqtisadi məsələlərdə tövsiyələr verib.

Robert Cekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti