İlham Mirzəyevin vəziyyəti ağırlaşıb
O bildirib ki, teleaparacı hazırda tibb məntəqəsində müalicə olunur: “İlham Mirzəyevin səhhəti yenidən ağırlaşıb. Hazırda tibb məntəqəsində müalicə olunur. Beyin və boyun nahiyəsində ağrılar var. Çox xəstədir”.
X. Bayramzadə qeyd edib ki, dekabrın 9-da İlham Mirzəyevin Apellyasiya məhkəməsi olacaq: “Məhkəmə olacaq. Lakin, dəqiq bilmirəm ki, o məhkəmədə iştirak edə biləcəkmi? BU barədə hələki heç nə deyə bilmərik”.
Eyni zamanda vəkil qeyd edib ki, İ.Mirzəyevin ailəsi tez-tez onunla görüşür. Ailəsi onu tez-tez ziyarət edir”.
Qeyd edək ki, İlham Mirzəyev Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsindirilib.
Hafiz Əhmədov
AzVision.az