Müəllim məktəbdə özünü güllələdi - Goranboyda

Müəllim məktəbdə özünü güllələdi - Goranboyda
  05 Dekabr 2014    Oxunub:1859
Daha bir intihar xəbəri məktəbdən, özü də müsiqinin tədris olunduğu yerdən gəldi.
Goranboy rayonunda, Dəlməmmədli qəsəbəsindəki uşaq musiqi məktəbinin müəllimi özünü güllələyib.

Məktəbin müəllimi sinif otağında ov tüfəngini ürəyinə dayayaraq tətiyi çəkib. Ürəyi parçalanan müəllim elə yerində keçinib. Özünü öldürən zaman müəllim sinif otağında tək olub. Güllə səsinə onun olduğu otağa gələn müəllimlər iş yoldaşlarını qan içərisində görüblər.

Goranboy rayon Prokurorluğundan bildirilib ki, müəllimin özünə qəsd etməsinin səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az-ın əldə etdiyi məlumata görə, müəllimin çox miqdarda borcu olub. Borcu qaytarmaq imkanı olmadığına görə ölümlə borc verənlərdən canını qurtarıb.


Teqlər:





Xəbər lenti