EMİN Bakını coşdurdu - VİDEO

EMİN Bakını coşdurdu - VİDEO
  06 Dekabr 2014    Oxunub:2810
Ötən gün tanınmış müğənni-bəstəkar Emin Bakıda sevənləri qarşısına çıxıb.
“Emin və dostları” adlanan kosertdə Emin izləyicilərinə coşqulu anlar yaşadıb.

Konsertdə Eminin Rusiyadan dəvət etdiyi sənət yoldaşları da çıxış edib. Svetlana Loboda, Ani Lorak, Stas Mixaylov, İrina Dubsova, Qriqori Leps və Çarli Uiliams Eminlə olan duetlərini ifa ediblər.

Gecənin ən həyəcanverici məqamı isə Eminin xalq artisti Zülfiyyə Xanbabayeva ilə dahi Müslüm Maqomayevin “Azərbaycan” mahnısını azərbaycan və rus dillərində ifa etməsi olub.

Qeyd edək ki, Eminin valideynləri və bacısı da konsetdə izləyicilər arasında idilər. Konsertdə qonaqlara Eminin yeni işıq üzü görmüş, duetlərlə bol olan “Начистоту” adlı diski də hədiyyə edilib.

AzVision.az Eminin möhtəşəm konsetindən görüntüləri təqdim edir:



Nuron


Teqlər:  





Xəbər lenti