“Nəticələr müəlliflərə təqdim olunacaq” - AÇIQLAMA

“Nəticələr müəlliflərə təqdim olunacaq” - AÇIQLAMA
  08 May 2013    Oxunub:1075
Monitorinqin nəticələri Nazirlik tərəfindən dərslik müəlliflərinə təqdim ediləcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) V siniflər üzrə 6 orta məktəb dərsliyinin istifadəsinin məqsədəuyğun saymır. Belə ki, respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqini TQDK mayın 1-də başa çatdırdı onlara dair yekun rəyləri Təhsil Nazirliyinə göndərdi.

TQDK-nın açıqlamasında görə, yekun rəylərə əsasən, “Azərbaycan dili”, “Ədəbiyyat” (müəlliflər: Afət. Süleymanova, Təranə Bağırova və İlhamə Muradova), “Riyaziyyat”, “Həyat bilgisi” (hər iki variativ dərslik) və “İngilis dili” dərsliklərinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib.

AzVision.az məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərib. Nazirliyin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, TQDK-nın V sinif dərsliklərinin monitorinqinin nəticələri ilə bağlı məlumat Təhsil Nazirliyinə 2 may tarixində axşam saatlarında daxil olub.

“Məzmunca daha keyfiyyətli dərsliklərin nəşri üçün nəzərdə tutulmuş bütün rəy və təkliflər, o cümlədən TQDK tərəfindən təqdim edilmiş monitorinq qiymətləndirmələrinin nəticələri Nazirlik tərəfindən dərslik müəlliflərinə təqdim ediləcək və onlar tərəfdən daha keyfiyyətli dərsliklərin hazırlanması üçün müvafiq addımlar atılacaq”.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti