Qubada evə basqın olub, ev sahibinin bacısı bıçaqlanıb
B.Simanduyev bacısının əməliyyat olduğunu və vəziyyətinin yaxşı olduğunu deyib. Onun sözlərinə görə, evdən özünə və sinaqoqa məxsus 120-130 min manat pul, eləcə də qızıl-zinət əşyaları oğurlanıb.
Quba rayon Polis Şöbəsindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır. Hələlik saxlanılan yoxdur.
Xatırladaq ki, B.Simanduyev ötən il aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.







Vaxtında, Aydın, Lazımlı!


