Penitensiar müəssisənin yeni işçiləri müəyyənləşdi

Penitensiar müəssisənin yeni işçiləri müəyyənləşdi
  08 May 2013    Oxunub:1852
Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general- leytenantı Mədət Quliyev Penitensiar xidmətin Baş idarəsində gənc əməkdaşları qəbul edib.
Azərbaycan Respublikasının Ədliyyə Naziri I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun göstərişinə əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində yeni inşa edilmiş Şəki Penitensiar müəssisəsində qulluq edəcək kiçik rəis heyətinə namizəd olan iki yüz nəfərədək şəxsin xidmətə qəbulu barədə 07.05.2013-cü il tarixdə əmr verilib.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general- leytenantı Mədət Quliyev Penitensiar xidmətin Baş idarəsində gənc əməkdaşları qəbul edərək, onları xidmətə qəbul olunmaları münasibətilə Ədliyyə Naziri I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun adından təbrik edib. Nazir müavini gənc əməkdaşlara Penitensiar xidmətdə aparılan islahatlar barədə məlumat verib, xidmətin xüsusiyyətlərini nəzərlərinə çatdırıb və gələcək işlərində uğurlar diləyib.

Daha sonra işə yeni qəbul olunan gənc əməkdaşları Penitensiar xidmətin tarix muzeyinə baş çəkib və maraqlı eksponatlarla yaxından tanış ediliblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti