Gədəbəydə müdiri çəkiclə vurdular
Başından yaralanan Əfraim Hacıyev isə evə gəlib və yaxınları hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə və rayon polis idarəsinə məlumat verib. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatalogiya şöbəsinə gətirilib və başı rentgen olunub. Həkimlər Əfraim Hacıyevin vəziyyətinin yaxşı olduğu bildirirlər.