5 fermada quş qripi tapıldı

5 fermada quş qripi tapıldı
  07 Dekabr 2014    Oxunub:1436
Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən fermer təsərrüfatında “quş qripi” virusu aşkarlanıb.

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, virus Ebbotsford yaşayış məntəqəsindəki toyuq fermasında aşkarlanıb.

Beləliklə, hazırda Ebbotsfordda 3 fermer təsərrüfatı, Çillivakda isə 2 ferma karantinə götürülüb. Aparılmış monitorinq orada H5N2 virusunun olduğunu təsdiqləyib. Məlumata görə, 80 minədək hind quşu və broyler artıq məhv edilib, ümumilikdə isə 140 min quşun məhv edilməsi planlaşdırılıb.


Teqlər:





Xəbər lenti