Bu günün havası - qar, duman, çiskin

Bu günün havası - qar, duman, çiskin
  08 Dekabr 2014    Oxunub:3813
Bu gün Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutlacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 6-8, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir.

Cənub rayonlarında isə dağlıq ərazilərdə sulu qar, qar yağacağı praqnozlaşdırılır.



Teqlər:  



Xəbər lenti