Ərdoğan oğlunun gəmisini satdırdı
Ərdoğanın böyük oğlu Ahmet Burak Ərdoğanın idarə heyyəti başçılığını etdiyi " MB Dənizçilik Şirkəti" nin mülkiyyətində olan “M/V Safran-1" adlı gəmi 1991 -ci ildə inşa edilib.
96 metre boyunda və 14 metrə genişliyində ümumi yük gəmisinin 1 milyon 100 min dollar məbləğində Fahri Göncününü sahibi olduğu "FG Dənizçilik şirkəti" nə satılıb. Gəminin 4 min 495 yük daşıma həcminə sahib olduğu bildirilir.
27 noyabrda " FG Dənizçilik Şirkəti" üzərində qeydiyyatda olan M/V SAFRAN-1" adlı türk bayraqlı gəminin adının “M/V UMIT G” olaraq dəyişdirildiyi bildirilir.(Ans)
Teqlər: